Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”


“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu