Avropa Komissiyası: "Bütün imkanlarımızla Ukraynanın yanında olacağıq"
“Biz bütün imkanlarımızla Ukraynanın yanında olacağıq”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
O, Rusiyanın Ukraynaya hücumundan dəhşətə gəldiyini bildirib.
“Əminəm ki, ukraynalılar güclü olacaqlar”, - Avropa Komissiyasının Prezidenti bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.