Aİ G20-ni Rusiyaya taxıl sazişini yenidən başlamaq üçün təzyiq göstərməyə çağırır


Avropa İttifaqı G20 ölkələrini Rusiyanı taxıl sazişinə qayıtmağa məcbur etmək üçün ona təzyiq göstərməyə çağırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cosef Borrelin məktubunda deyilir. Məktubda Cosef Borrell hesab edir ki, Rusiyanın kənd təsərrüfatı sektoru BMT-nin vasitəçiliyi ilə Moskvanın iyulun ortalarında yeniləməkdən imtina etdiyi bu sazişdən çıxmağın əsas faydalanıcısıdır. Çünki bu addım dərhal bazarlarda taxılın bahalaşmasına səbəb oldu.

"Rusiyanı danışıqları bərpa etməyə və Ukraynanın kənd təsərrüfatı infrastrukturuna hücumdan çəkinməyə çağırmaqda dəstəyinizi xahiş etmək istərdim", - deyə Borrell bildirib.

Onun fikrincə, beynəlxalq ictimaiyyət aydın və vahid mövqe ilə çıxış edərsə, Rusiyanı taxıl sazişinə qayıtmağa inandırmaq olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu