ABŞ Ukraynanın əks-hücum əməliyyatına hazırlığını qiymətləndirib


Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatının uğuru barədə danışmaq hələ tezdir.


AFN.az xəbər verir ki, Ukrayna ordusunun hazırlığını ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley CNN telekanalına müsahibəsində qiymətləndirib.

Onun fikrincə, əks-hücumun gedişində nə baş verəcəyini indidən söyləmək tezdir. O, qeyd edib ki, Ukrayna ordusu yaxşı hazırlanıb. “Birləşmiş Ştatlar və Avropadakı müttəfiqlərimiz onlara dəstək olmaq üçün avadanlıq təmin edib, təlim və kəşfiyyat məlumatı veriblər”, - deyə general bildirib.

O, vurğulayıb ki, “eskalasiya riskləri həmişə mövcuddur” və Vaşinqton Ukrayna ətrafında baş verənləri çox diqqətlə izləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu