Əks-hücum əməliyyatı Rusiyanın xüsusi hərbi əməliyyatına son qoymayacaq - Mark Qaleotti
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Rusiyanın xüsusi hərbi əməliyyatına son qoymayacaq.
Bu proqnozu Britaniyanın “The Times” qəzetinə yazdığı məqalədə politoloq Mark Qaleotti verib.
O, izah edib ki, Ukrayna Silahlı Qüvvələri Krımı və Donbass ərazisini ələ keçirə bilsə belə, Rusiya təslim olmayacaq. Qaleotti əmindir ki, Kiyevin əks-hücumları münaqişənin heç bir tərəfinə üstünlük verməyəcək.
Politoloq bildirib ki, ABŞ-ın yüksək rütbəli məmuru ilə hadisələrin mümkün inkişafı barədə danışıb, lakin o, bütün kəşfiyyat məlumatlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının nəticəsini proqnozlaşdıra bilmir. "Burada çoxlu dəyişənlər, çoxlu bilinməyənlər var" Qaleottiukraynalıların Qərbdən gələn yeni silahlara nə dərəcədə uyğunlaşa biləcəkləri barədə danışan zaman bildirib.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Oleksiy Aretoviç əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri üçün böyük itkilər olacağını proqnozlaşdırmışdı.
Onun fikrincə Ukraynada uzaqmənzilli silahlar olmadan qalib gəlmək mümkün olmayacaq.