Ukrayna Silahlı Qüvvələrinin əks-hücum iki aya mümkün olacaq - Podolyak


Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatınin iki ay ərzində mümkün olacağını deyib.


O, qeyd edib ki, Kiyev qüvvələri təxminən iki aydan sonra baş tutacaq əks-hücuma hazırlaşır. "Biz ağır 155 mm-lik artilleriya mərmilərinin tədarükünü artırmalıyıq. Amma Biz tələsmirik, qarşıdakı iki ay ərzində hücum təşkil edəcəyik" - AFN.az xəbər verir ki, Podolyak "La Stampa" qəzetinə müsahibəsində qeyd edib.

Ukraynanın Baxmut uğrunda döyüşlərdə əhəmiyyətli itkiləri Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatı keçirmək potensialını azalda bilər. Ukrayna hərbi mənbələrinə istinadən "Financial Times" yazır ki, Ukrayna Silahlı Qüvvələri üçün Baxmutu saxlamaq hər gün bir az da çətinləşir.

DXR-in Kiyevin nəzarətində olan hissəsində yerləşən Baxmut uğrunda neçə gündür şiddətli döyüşlər gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu