Donbasdakı mədənlər uğrunda müharibə


“Rusiya hakimiyyəti və rusiyalı biznesmen, “Vaqner” özəl hərbi şirkətinin sahibi, prezident Vladimir Putinin “aşpazı” adlandırılan Yevgeni Priqojin Donetsk vilayətində Baxmutu öz mənfəətləri üçün ələ keçirmək istəyir”.


AFN.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi açıqlama verib.
“ABŞ belə bir fikirdədir ki, Priqojin Baxmut şəhəri yaxınlığında yerləşən duz və gips mədənləri üzərində nəzarəti ələ keçirməkdə maraqlıdır”-adıçəkilən mənbə belə yazır.
Qeyd edək ki, Donbasda bir aydan artıqdır ki, şiddətli döyüşlər gedir. Rusiya ordusunun Ukrayna əsgərlərinin nəzarətində olan Baxmutu işğal etmək məqsədilə etdiyi hücumlar nəticə vermir. Baxmut istiqamətində ruslar çox ciddi itkilər verir.
Yanvarın 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənin Baxmut və Liman istiqamətlərində irəlilədiyi barədə məlumat yayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu