Pentaqon: Ukraynanın əks-hücumunun nəticəsini proqnozlaşdırmaq üçün tezdir


ABŞ və müttəfiqləri onları hərbi əməliyyatlara hazırlamaq üçün hər şeyi etsə də, Ukrayna qüvvələrinin mümkün əks-hücumunun nəticəsini proqnozlaşdırmaq hələ tezdir.


AFN.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

O, Ukrayna qüvvələrinin uğur qazanıb-qazanmayacağı sualına cavab verib. Bildirib ki, ukraynalılar yaxşı hazırlaşıblar. "ABŞ və Avropadakı müttəfiqlərimiz onlara dəstək olmaq üçün avadanlıq, təlim və kəşfiyyat təmin edib" - deyə Mark Milli qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu