Çin Rusiya ilə əməkdaşlıq haqda planlarını açıqlayıb


Çin iki ölkə arasında müxtəlif sahələrdə praqmatik əməkdaşlığı inkişaf etdirmək və onu yeni səviyyəyə çatdırmaq üçün Rusiya Federasiyası ilə işləməyə hazırdır.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Çinin baş naziri Li Tsyan deyib. Onun sözlərinə görə, Çin və Rusiya arasında praqmatik əməkdaşlıq yaxşı inkişaf tendensiyası nümayiş etdirir və iki ölkə arasında investisiyaların miqyası da daim artır.

Li Tsyan belə bir bəyanatla Pekində Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə çıxış edib.

Rusiyanın baş naziri Mixail Mişustinin Çinə iki günlük səfəri mayın 23-də başlayıb. Onun Pekində Çin prezidenti Si Cinpinlə görüşərək sənaye, enerji, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu