Si Cinpin: Rusiya və Çin arasında əməkdaşlıq üçün möhkəm təməl var
Rusiya ilə Çin arasında münasibətlərdə qarşılıqlı fəaliyyət üçün möhkəm təməl qoyulub və ölkələrin risklərə tab gətirmək qabiliyyəti güclənir.
Bunu Pekində Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqlarda Çin rəhbəri Si Cinpin deyib.
"Bu gün biz qarşılıqlı fəaliyyət üçün güclü zəmin yaratmışıq, onun miqyası və keyfiyyəti artır və risklərə tab gətirmək qabiliyyətimiz güclənir ki, bu da iki ölkə arasında stresə davamlılığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivləri tam nümayiş etdirir", - Si Cinpin qeyd edib.
O xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi tamam olur. Çin liderinin fikrincə, tərəflər yüksək səviyyəli siyasi münasibətlərdə müsbət effektləri artırmalı, sosial-iqtisadi inkişafda birgə irəliləməli və bəşəriyyət üçün ümumi taleyi olan birlik formalaşdırmalıdır.