Si Cinpin Rusiya və Çin arasında əməkdaşlığı gücləndirməyə çağırıb
Rusiya və Çin siyasi qüvvələri arasında əməkdaşlığı gücləndirmək lazımdır. Bu çağırışı Çinin sədri Si Cinpin edib.
“Çin ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza yaratmaq məqsədilə Dövlət Duması ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı (MPK) arasında əməkdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Çin tərəfi əbədi mehriban qonşuluq, hərtərəfli strateji qarşılıqlı fəaliyyət və qarşılıqlı faydalı əməkdaşlıq ilə səciyyələnən ikitərəfli münasibətlərin daim dərinləşdirilməsi üçün birgə səylər göstərməyə hazırdır.