Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
Bunu Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.
“İki dövlət arasındakı ənənəvi mehriban əməkdaşlıq əlaqələri yaranıb və biz ikitərəfli gündəm üzərində daha çox çalışmalıyıq. Bu gün başlıca məsələ Ukrayna ilə Azərbaycan arasında fəal siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət, mədəni-humanitar və regional əməkdaşlığın daha da dərinləşdirilməsidir”, – açıqlamada qeyd olunur.
Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsinə əvvəla, Ukrayna və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri, parlament səviyyəsindəki təmaslar, habelə dövlət və işgüzar səviyyədə ekspertlərin yaxından əməkdaşlığı rəvac verə bilər.
Açıqlamaya əsasən, Ukrayna ilə Azərbaycan arasında enerji, hava nəqliyyatı, fəza, hərbi-texniki əməkdaşlığın təmin olunması, cari layihələrin gerçəkləşdirilməsi və yenilərinə başlanması 2021-ci ildəki ikitərəfli münasibətlərin öncül istiqamətləridir.