Ukrayna XİN-in müavini Bakıya gəlib


Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar Azərbaycana səfərə gəlib.



AFN həmin ölkənin səfirliyinə istinadən xəbər verir ki, qonaq Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.

Məqsədli sosial-iqtisadi layihələrin, habelə qonşu region və ayrı-ayrı qabaqcıl ölkələrlə sinerjinin həyata keçirilməsi üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətindəki perspektivli istiqamətlər, Aİ və BMT-dəki əməkdaşlıq məsələləri müzakirə olunub.

Ukraynanın QDİƏT-də Azərbaycan və digər tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradacağı qeyd olunub.

Tərəflərin fikrincə, birgə səylərlə regionun bütün ölkələrində işgüzar dairələrin tələbatını ödəmək üçün özəl - dövlət tərəfdaşlıq proqramlarının həyata keçirilməsi yolu ilə QDİƏT-nin fəaliyyətinin keyfiyyəti artırılmalıdır. O cümlədən QDİƏT-nin İşgüzar Şurasının fəaliyyətinin yenidən qurulması, startapların işə salınması, yükdaşımaların təkmilləşdirilməsi, “elektron icazə” layihəsinin həyata keçirilməsi, rəqəmsal dövlət xidmətlərinin eyni vaxtda aparılması və BLOCKCHAIN texnologiyalarının tətbiqi ilə gömrük və sərhədyanı prosedurlarının uzlaşdırılması əhəmiyyətlidir. Həmçinin işgüzar təkliflərin həyata keçirilməsi, işgüzar onlayn görüşlərin və biznes forumlarının keçirilməsi məqsədilə elektron bazanın yaradılması üçün QDİƏT-nin fəaliyyətini gücləndirmək vacibdir.

Görüş zamanı həmçinin GUAM çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu