Azərbaycanın xarici işlər nazirinin müavini ukraynalı həmkarı ilə görüşüb


Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ukraynalı həmkarı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibliyinə namizəd Vasil Bodnarla görüşüb.



AFN xəbər verir ki, bu barədə ukraynalı diplomat tvitterdə yazıb.

“Bakıya səfər zamanı Azərbaycan XİN başçısının müavini Mahmud Məmməd-Quliyevlə görüşdüm, QİƏT-in fəaliyyətinin perspektiv istiqamətlərini müzakirə etdik”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu