Dünyanı SARS epidemiyasından xilas edən insan vəfat edib


Dünya ictimaiyyətini SARS-a qarşı xəbərdar edən çinli həkim Jiang Yanyong 91 yaşında vəfat edib.


AFN.az xəbər verir ki, o, Çin səlahiyyətlilərinin 2003-cü ildə SARS epidemiyasını lazımi səviyyədə qiymətləndirmədiyini açıqlayaraq ölkə hökumətini və dünya ictimaiyyətini xəbərdar etmiş və bununla da epidemiyanın nəzarət altına alınmasına səbəb olmuşdu.

Jiang Yanyong vəfatı ilə bağlı xəbər Çin mətbuatında yer alıb. Dünya ictimaiyyətinin böyük hörmətini qazanan Jiang Yanyong Pekində pnevmoniyadan ölüb.

Yazdığı məktubda səlahiyyətlilərin SARS epidemiyasının ilk günlərində təhlükəni lazımi səviyyədə qiymətləndirmədiyini açıqlayan Dr. Jiang Çin Səhiyyə Nazirinin ictimaiyyətə həqiqəti demədiyini bildirmişdi. Onun məktubu xarici mediaya sızmışdı və nəticədə Çin rəsmiləri ictimaiyyəti çaşdırdıqlarını etiraf edərək üzr istəmişdilər. Bu məktubdan sonra Ümumdünya Səhiyyə Təşkilatı bölgədə hərəkətə keçmişdi. Görülən tədbirlər sayəsində virus daha da yayılmadan nəzarət altına alınmışdı. Bu hadisələr nəticəsində Çinin səhiyyə naziri və o zamankı Pekinin meri vəzifələrindən uzaqlaşdırılmışdı.

Bütün bunlardan sonra Jiang Yanyong barəsində ev dustaqlığı qərarı çıxarılmışdı.

2003-cü ildə 8000-dən çox insanı əhatə edən SARS virusu ümumilikdə 774 nəfərin ölümünə səbəb olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu