ÜST Çindən pnevmoniya ilə bağlı əlavə məlumat istəyib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pekindən uşaqlarda respirator xəstəliklər və pnevmoniyaya yoluxma hallarının artması ilə bağlı əlavə məlumat istəyib.



Bu barədə CNN xəbər verib.

"ÜST Çindən epidemioloji və klinik məlumat, laboratoriya nəticələri, patogenlərin dövranı və səhiyyə sisteminə yük haqqında ətraflı məlumat istəyib", - telekanal ÜST-nin bəyanatına istinadən xəbər verib.

Bildirilib ki, Çin Milli Səhiyyə Komissiyasının rəsmiləri keçən həftə uşaqlar arasında tənəffüs yoluxucu xəstəliklərin artdığını bildiriblər.

Təşkilat qeyd edir ki, Çin hakimiyyəti bu artımı COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qrip, mikoplazma pnevmoniyası, respirator sinsitial virus (RSV) və SARS-CoV-2 kimi məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirir.

ÜST açıqlayıb ki, Çinin şimalında uşaqlarda diaqnoz qoyulmamış pnevmoniyanın yayılmasının tənəffüs yolu infeksiyaları ilə əlaqəli olub-olmadığı hələ aydın deyil.

Təşkilat Çindəki insanlara tənəffüs yoluxucu xəstəliklər riskini azaltmaq üçün lazımi peyvəndlər almağı, xəstələndikdə evdə qalmanı, maska ​​taxmağı və mütəmadi olaraq əlləri yumağı tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu