Qarabağda Türkiyə məhsulları iddiası - Ermənistan da işə qarışdı


Qarabağın ermənilər yaşayan ərazisində Türkiyənin kənd təsəsrrüfat məhsullarının satıldığına dair faktların olduğu iddia edilir. Ancaq bu ərzaq məhsullarının istehlak bazarına necə daxil olduğu bildirilmir.


Terrorçu rejimin “Dövlət Təhülkəsizlik Xidməti” bu "ticarət əməliyyatının qarşısını almaq" üçün araşdırmalara başladığını bildirib. “Dünən “Facebook” sosial şəbəkəsində Qarabağda türk mənşəli kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məlumat yayılıb”, - məlumatda belə deyilir.
Türkiyə məhsulları ilə bağlı məlumat Azərbaycan ərazisində qeydə alınsa da, məsələyə qanunsuz olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti də müdaxilə edib. Ermənistan MTX həmin məhsulların mənşəyi və Qarabağdakı bazarda peyda olması da daxil olmaqla, vəziyyəti aydınlaşdırmaq üçün tədbirlər görəcəyini bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu