Vuçiç: "Serbiyanın NATO-ya üzv olmaq planları yoxdur"

Serbiyanın NATO-ya üzv olmaq planları yoxdur və hərbi neytrallığını qoruyub saxlamağa davam edəcək.
AFN.az TASS-a istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç ölkə parlamentinin növbədənkənar iclası zamanı "müxtəlif bəyanatlara və qiymətləndirmələrə baxmayaraq, Serbiya NATO-ya daxil olmağı planlaşdırmır və hərbi neytrallıq mövqeyini davam etdirəcək" - deyə bildirib: "Bu səhər mən saxta vətənpərvərlərdən Serbiyanı Atlantik inteqrasiyaya apardığımız barədə cəfəngiyyat eşitdim. Yox. Biz hərbi neytrallığımızı davam etdirəcəyik və ordumuzu məhv edənlərdən fərqli olaraq, ordumuzu qururuq”.