Gedişhaqlarının artırılması əhalinin cibindən ildə 200 mln. manat artıq pul çıxmasına səbəb olacaq


Nəqliyyatda gedişhaqlarının artırılması ilə bağlı hesablamalar, qərarın doğuracağı nəticələrin açıqlanması davam edir.


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli nəqliyyatda gediş haqqının 10 qəpik, yəni 33% artırılmasının əhaliyə vurduğu ziyanı hesablayıb. Onun sözlərinə görə, bu qərar əhalinin cibindən ildə 200 mln. manat artıq pul çıxmasına səbəb olacaq: "Hökumət 2022-ci ildə təriflədiyi “ƏDV-ni geri al” proqramı ilə əhaliyə nə qədər pul qaytarmışdı? Bəli, 190 mln. manat. Deməli, hökumət ödədiyi həmin 190 mln. geri alır, hələ üzərində də 10 mln. manat “faizini” də camaatın cibindən çıxarır. Seçkidən, seçicidən, vətəndaşdan asılı olmayan hökumət camaata havayı 1 qəpik də verməz – bunu unutmayaq...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu