Hökumət nədən insanların canını boğazına yığmağa çalışır? - EKSPERT


Azərbaycan hökuməti əhaliyə satılan təbii qazın qiymətini artırdı: Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldıldı. Yəni, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəbikdən, 1200-2500 m3 arası 20 qəpikdən, 2500 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək.


AFN xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli qərarı şərh edib. Onun sözlərinə görə, 2020-ci ilin məlumatlarına əsasən əhalinin 21%-i hətta 2200 m3 limiti belə keçib: "Yəni, əhalinin ən azı 65-70%-i yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50% üçün qiymət artacaq, 50% isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək. Əvvəla, əhalinin lap 50% üçün də qiymət artımı olsa belə, bu indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki, əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancıbı ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir. Bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55%-ni ərzağa, 25%-ə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80% edir. Dünyada qazancının 25%-dən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80%-i bizdə kasıbdır!"
N.Cəfərli qeyd edib ki, elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb, bu isə o deməkdir ki, növbəti addım elektrik enerjisi qiymətinin artırılması olacaq: "Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək.
Hökumət gözdən pərdə asmaq üçün “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirib - əhalinin 90%-ə yaxını mərkəzləşdirilmiş istilik sitemindən mərhumdur, məhz ona görə də bu addımı gözdən pərdə asmaq kimi dəyərləndirmək lazımdır. İlin əvvəlindən başlayan dizel, bensiz, içməlisi su, indi isə təbii qaz, bir müddət sonra elektrik enerjisi və ictimai nəqliyyatda qiymət artımı ölkədə sosial gərginliyi artıracaq əsas amildir. Ərzaq inflyasiyasının real resablamalarda ikirəqəmli həddə çatması da bu gərginliyi daha da artıran amildir. Nə istəyir hökumət?! Nədən insanların canını boğazına yığmağa çalışır?! Nədən oturduğu bütün budaqları kəsməyə çalışır?!
P.S. Bu statusu yazıb bitirənə qədər daha bir qərar çıxdı: Bundan sonra kommersiya müəssisələri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib. Bu qərar ciddi narazılığa səbəb olacaq: Dövlət mənə - vətəndaşa necə sübut edəcək istehlak saatlarını? İndi sayğaclarla bu mümkün deyil axı! Yanaşmanın özü normaldır, amma texniki cəhətdən necə həyata keçiriləcək ki, inandırıcı olsun?! Yəni, mən-vətəndaş-istehlakçı zatən inhisarçı dövlət şirkətlərinə güvənmirəm, bəs nə etməliyəm?! Hər axşam saat 22:00-da ayağımın altına stul qoyub sayğacın göstəricisini yazmalı, səhər saat 08:00-da bir daha dırmaşıb gecə işlətdiyimi qeyd etməli, və beləcə 30 gün əziyyət çəkməliyəm ki, bu oğru, korrupsioner, büdcəni talayan dövlət şirkətləri məni aldatmasın?! Necə olacaq bunun prasedur qaydaları?! Avqustun əvvəlində siz, hökumət olaraq onminlərlə vətəndaş şikayəti ilə üzləşəcəksiniz, bunu istəyirsiniz?!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu