Rusiya yeni ilə qədər Ukraynanı işıqsız qoymaq istəyir


"Rusiyanın enerji sisteminə müntəzəm hücumlarını nəzərə alsaq, enerji təchizatının sabitləşməsi ilə bağlı hər hansı proqnoz vermək mümkün deyil. Yeni ilə qədər ruslar ukraynalıları işıqsız qoymaq istəyir".


AFN.az-ın məlumatına görə, Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında belə deyib. "Enerji sisteminə demək olar ki, hər gün zərbə vurulduğu bir şəraitdə sabit enerji təchizatının bərpası üçün heç bir proqnoz vermək sadəcə mümkün deyil. Yerli hakimiyyət orqanları da şişirdilmiş gözləntilər yaratmamalıdır. Axı bizim enerji sektorumuza hücuma paralel olaraq Rusiya çaxnaşma və ümidsizlik səpmək üçün informasiya və psixoloji əməliyyatlar aparır”-deyə Baş nazir qeyd edib.
Şmıqal bildirib ki, ukraynalılara elektrikin gündə cəmi bir neçə saat ola biləcəyinə dair ukraynalılara xəbərdarlıq edilib. Onun sözlərinə görə, Rusiyanın yeni hücumlarının intensivliyindən və kütləviliyindən asılı olaraq enerji sistemindəki vəziyyət ya yaxşılaşa, ya da pisləşə bilər.
"Rusiya terrorçuları ukraynalıları Yeni ilə qədər işıqsız qoymaq üçün hər şeyi edəcək. Onlar üçün Ukraynada Milad və Yeni ilin qaranlıqda keçməsi vacibdir. Ona görə də onlar yeni hücumlara hazırlaşmalıdırlar"-Şmıqal belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu