Türkiyə və Rusiya arasında quru yolu bərpa olunur


Türkiyə və Rusiya 34 il əvvəl imzalanmış quru nəqliyyatı müqaviləsini yeniləmək niyyətindədir.


AFN.az-ın məlumatına görə, Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı belə açıqlama ilə çıxış edib. Ankara hesab edir ki, yeni sənədin bağlanması ilə Gürcüstan ərazisindən Rusiyaya quru daşımaların həcmi əhəmiyyəti dərəcədə artacaq. Gömrük prosedurlarının sadələşdirilməsi isə ikitərəfli ticarətin həcmini artmasına müsbət təsir göstərəcək.
“Yeni Şafak” qəzetinin yazdığına görə, Sovet İttifaqı dövründə imzalanmış müqavilə indiki vəziyyətə uyğunlaşdırılmalıdır.
Parlamentdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini bildirib ki, Ukrayna böhranı fonunda Rusiyaya quru yolu ilə daşımalarda ciddi problem yaranıb. Bu daha çox Ukraynadan keçməklə daşımalarda müşahidə olunur. Qəzet Kaymakçıya istinadla yazır ki, hər il yanvarın 31-də uzadılacaq yeni müqavilənin imzalanması ilə bu problemlər öz həllini tapacaq.
Yeni müqaviləyə əsasən, xüsusilə, 6 tondan az yük daşıyan nəqliyyat vasitələri üçün tranzit sənədləri tələb olunmayacaq.
Diplomat qeyd edib ki, yeni sazişin bağlanması yerüstü daşımalarda elektron tranzit sənədlərinin istifadəsinə zəmin yaradacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu