Seçkidən sonra quru sərhədləri açılacaq? - Deputatdan açıqlama


"2024-cü il quru sərhədlərin açılması məqsədəuyğundur".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bu gün quru sərhədlərin açılmasının ən çox müzakirə olunan məsələlərdən olduğunu vurğulayıb:

"Quru sərhədlərin açılması ilə bağlı qərar Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən qiymətləndirilmələr aparılmaqla verilir. Biz bütövlükdə quru sərhədlərinin 2024-cü ildə mərhələli şəkildə açılmasının tərafdarıyıq və bununla bağlı təkliflərimizi də vermişik. Xüsusən də birinci mərhələdə Gürcüstan və Türkiyə, daha sonra isə digər qonşu ölkələrlərə quru sərhədlərinin açılmasının həyata keçirilməsi məqsədəuyğun olardı".



Vüqar Bayramov quru sərhədlərin açılmasının Azərbaycana gələn xarici vətəndaşların sayına təsir göstərəcəyini diqqətə çatdırıb:

"Eyni zamanda Azərbaycan vətəndaşlarının daha asan, daha az xərclə xaricə, xüsüsən də qonşu ölkələrə səfər etməsinə töhvə verə bilər. Ona görə də quru sərhdələrin açılması turizmin inkişafı baxımından və ölkəyə gələn turistlərin sayının daha da artması baxımından vacibdir. Əgər 2024-cü ildə quru sərhədlərin açılması ilə bağlı qərar verilərsə, bu Azərbaycana gələn turistlərin sayının daha da artmasına gətirib çıxarda bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu