Ruslar "intiqam" aldılar, amma ...


Ruslar Engels aviabazasına endirilən zərbələrə görə əvəz çıxmaq üçün tamaşa təşkil etməklə “qisas almaq” qərarına gəlsələr də, Rusiya hərbçilərinin əksəriyyəti bu işdə iştirakdan imtina edib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, ruslar Engels bazası üzərində peykin nə vaxt uçacağını bildiyi üçün uçuş-enmə zolağında “Nasistlərə ölüm” yazısı şəklində düzülüblər, lakin burda bir nüans diqqəti cəlb edib. StratCom yazıb ki, köhnə sovet ənənəsinə görə, bu aksiyadan əvvəl, əlbəttə ki, məşq olmalı idi. Məşq bir neçə dəfə olub. Çünki ilk məşq üçün az sayda heyət toplaşıb. Hərbi qulluqçuların bir qismi zərbə endiriləcəyi qorxusundan uçuş-enmə zolağında qalmaqdan imtina etdiyinə görə ilk məşq alınmayıb və təkrar keçrilib. Ona görə də “cəsur komandirlər” uzunmüddətli məşqləri “vətənpərvərlik nitqləri”, müqəvvalarla müşayiət edərək yaxınlıqdakı dayaq bazasından şəxsi heyət “yığmağa” məcbur olublar. “Məşqlər” zamanı şəxsi heyət - 5 dərəcə şaxtada soyuq küləkdə donub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu