Saakaşvilinin anası: “Oğlum ölüm ayağındadır”


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun anası Qiuli Alasaniyanın müraciəti dərc olunub.


AFN.az-ın məlumatına görə, xanın Alasaniya vətəndaşları dekabrın 9-da Tbilisi Şəhər Məhkəməsinin binası yaxınlığında toplaşmağa çağırıb. Orada Saakaşvilinin səhhətinə görə cəzasının təxirə salınması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılacaq.
“Mən Gürcüstan ictimaiyyətinə müraciət etmək istəyirəm. Gürcüstanın üçüncü prezidenti və Ukrayna Milli İslahat Şurasının rəhbəri olan oğlum ölüm ayağındadır. Klinikanın həkimləri çarəsizdir. Hamıdan-hakimiyyətdən, Gürcüstandan və beynəlxalq ictimaiyyətdən xahiş edirəm, oğlumu xilas edin. Prosesdə bütün qayğıkeş insanlardan xahiş edirəm ki, bir insanın həyatını xilas etmək üçün məhkəməyə gəlsinlər və heç bir siyasət olmadan dinc şəkildə öz mövqelərini bildirsinlər. Həyatımda heç vaxt belə bir müraciət etməmişdim, amma indi mənim üçün çox çətin an gəldi və ümumbəşəri həmrəyliyə və alicənablığa ümid edirəm”, - Qiuli Alasania müraciətində bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu