Saakaşviılini zəhərləyiblər - vəziyyəti ağırdır


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin orqanizmində siçanotu zəhəri (arsen) aşkarlanıb.


AFN.az-ın məlumatına görə, M.Saakaşvilinin vəkili Şalva Xaçapuridze “Mtavari” telekanalına açıqlamasında belə deyib. Onun sözlərinə görə, tədqiqatın nəticələrini ABŞ-ın aparıcı toksikoloqlarından biri öyrənir.
“Biz hələ dırnaq testləri almamışıq. Onlar bu gün gələcəklər. Amma telefonda məlum oldu ki, araşdırmalar nəticəsində başqa bir maddə - arsen müəyyən edilib”-deyə müdafiəçi bildirib.
“Azadlıq”radiosunun gürcü xidməti xəbər verir ki, Saakaşvili aprel ayından bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun yaxınları və ailə üzvləri eks-prezidentin həyatının təhlükədə olduğunu deyirlər. “Empatiya” Mərkəzinin rəhbəri Mariam Cişkariani deyir ki, onun qeyri hökumət təşkilatının ekspertizası Saakaşvilinin zəhərləndiyini göstərir.
O, bildirib ki, ABŞ-da aparılan araşdırmalar zamanı Saakaşvilinin bədənində vismut, barium və civə aşkar edilib.
Vəkil Xaçapuridze bildirib ki, Saakaşvilini məhkəməyə gəlməli olsa, onu xərəkdə və ya əlil arabasında gətirəcəklər. Lakin “Vivamedi” klinikasının həkimləri səhhətinə görə Saakaşvilinin daşınmasına icazə verməyib. Bununla əlaqədar hakim görüşün yenidən təxirə salınmasına qərar verib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu