Amerikalı həkim Saakaşvilinin bədənində ölümcül zəhərin izlərini aşkarladı


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saç və dırnaq nümunələrində ağır metallar, civə və arsen kimi digər maddələr aşkar edilib. Eyni zamanda düzgün müalicə olunmadığı üçün onun narkotikdən asılı olduğu müəyyən edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda klinik toksikologiya və narkomaniya təbabəti üzrə mütəxəssis, San-Fransiskodan olan həkim David Smitin tibbi hesabatında deyilir. Həkim qeyd edib ki, analizlər əldə edilən saç və dırnaq nümunələrində ağır metalların və digər maddələrin, xüsusən də civə və arsenin olduğunu göstərib. Onun sözlərinə görə, siyasətçinin orqanizmində olan maddələr müalicə nəticəsində düşə bilməz: "Bu, ağır metal zəhərlənməsinin nəticəsidir. Təyin olunan dərmanlar eyni vaxtda qəbul edildikdə, əks təsir və asılılıq təhlükəsi daşıyır. "Phenibut" (Saakaşviliyə təyin edilən dərman) uzun müddət çəkilmə dövrünə səbəb ola bilən dərmandır. Çox istifadəsi ölüm riskinin artması ilə nəticələnir".
Həkim vurğulayıb ki, Saakaşvilinin bu cür müalicəsi artıq “beyin disfunksiyasına” gətirib çıxarıb. O hesab edir ki, siyasətçi təcili müayinə və detoksifikasiya üçün müvafiq tibb müəssisəsinə köçürülməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu