Hökumət İranda etirazlar zamanı neçə nəfərin öldüyünü açıqladı


“İranda son bir neçə həftə ərzində etirazlar zamanı 200-ə yaxın insan həlak olub”.


Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ölkənin Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

“Qurbanlar arasında terror aktları zamanı həlak olan təhlükəsizlik işçiləri, mülki şəxslər, həmçinin silahlı və separatçı qrupların üzvləri var”, – məlumatda deyilir.

Həmçinin bildirilir ki, etirazlar nəticəsində inzibati, dövlət və özəl təşkilatlara ziyan dəyib və bu zərər trilyonlarla İran rialı dəyərində qiymətləndirilir.

Qeyd edək ki, noyabrın 28-də İran ordusunun generalı Əli Hacızadə 300-dən çox insanın öldüyünü bildirmişdi. NRAHA insan haqları təşkilatı isə 450 etirazçı və 60 təhlükəsizlik əməkdaşının öldüyünü açıqlamışdı.

İranda etirazlar hələ də davam edir. Hazırda ölkənin cənub-şərqində yerləşən və 600 mindən çox insanın yaşadığı Zahedan şəhərində sakinlərin etirazları barədə məlumat verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu