Sergey Markedonov: “Ermənistanla müttəfiqləri arasındakı ziddiyyətləri gizlətmək mümkün olmadı”


Beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Sergey Markedonov Kollektiv Təşhülkəsilik Müqaviləsi Təşkilatının Kolektiv Təhlükəsilik Şurasının İrəvandakı iclasında yaranmış narazılığın səbəblərini şərh edib.


AFN.az-ın xəbərinə görə, politoloq Rusiyanın və quruma daxil olan ölkələrin mövqeyinin Ermənistan hökumətini qane etmədiyini deyib. Ona görə də Rusiya Prezidenti Vladimir Putin KTMT dövlətlərinin onun ətrafında sıx birləşdiyini Qərbə nümayiş etdirməyə çalışsa da, daxili fikir ayrılığı səbəbindən bu, alınmayıb: “Bu hadisələr iki əsas səbəbdən maraq doğurur. Birincisi, Rusiya Qərblə davam edən qarşıdurma kontekstində müttəfiqlərini birləşdirməyə çalışır. Bunu etmək asan deyil. Çünki bir sıra məsələlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinə üzv ölkələr ABŞ və Avropa İttifaqı, Ukrayna ilə bağlı bütün yanaşmalarını Moskva ilə bölüşmək istəmirlər. Bu şərtlərdə Rusiya iqtisadi və təhlükəsilik sahələrində olduğu kimi, maraqlarının tərəfdaşlarının yanaşmaları ilə üst-üstə düşdüyü mövzuların mümkün qədər geniş əhatə dairəsini müəyyən etməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Soçi sammitindən sonra Moskva üçün nəticənin möhkəmlənməsi vacibdir. Aİ və ABŞ sülh prosesini sürətləndirməyə başladıqdan sonra belə bir təəssürat yarandı ki, Rusiya arxa plana keçir. Kreml, təbii ki, bu cür qiymətləndirmələrlə razılaşmır. Moskva həm İrəvana, həm Bakıya, həm də Qərbə göstərmək istəyir ki, Ukraynadakı “xüsusi hərbi əməliyyat” onun Qafqaz oyunundan çıxması demək deyil. İrəvan forumlarının nəticələrini necə qiymətləndirmək olar? Yəqin ki, birmənalı nəticələr çıxarmağa dəyməz. Vladimir Putin Ermənistan və Azərbaycanın sülh müqaviləsinin imzalanmasına maraq göstərib. Lakin bu cür marağı ABŞ və Aİ-nin ən yüksək nümayəndələri də göstərirlər. Fərq ondadır ki, Moskva bu mürəkkəb prosesi azaltmadan bəzi rəsmi sənədlər imzalanan qədər problemə əsaslı və hərtərəfli yanaşmaq istəyir. İrəvan isə Rusiyanın bu baxışını dəstəkləməyə hazırdır.
Eyni zamanda, Ermənistanla onun KTMT üzrə müttəfiqləri arasındakı ziddiyyətləri gizlətmək mümkün olmadı. Baş nazir Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəsinə yardım haqqında qərar layihəsini imzalamaqdan imtina edib. Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, təqdim olunan sənədlərdə rəsmi Bakının hərəkətlərinə siyasi qiymət verilmir. Paşinyan hesab edir ki, əminliyin olmaması Azərbaycan tərəfinin yeni hücum hərəkətləri üçün imkanlar yaradır”.
Ermənistanın KTMT-yə üzvlüyünə qarşı İrəvanda keçirilən küçə etirazlarından söz açan rusiyalı politoloq bunu real hesab etmir: “Respublikanın hakimiyyət orqanları anlayır ki, KTMT-nin ünvanına nə qədər tənqid səslənsə də, onların ölkəsinin təşkilata üzv olması İrəvana başqa “strateji təklif”in təklif olunmadığı şəraitdə Rusiya ilə müttəfiqliyin təminatıdır. Çətin ki, fransız parlamentarilərinin tövsiyə xarakterli qətnamələri və ya Emmanuel Makronun erməni mövqeyini dəstəkləyən tvitləri belə hesab oluna bilər”.

M.VAHİDLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu