Paşinyanın əmlakları yoxlanılacaq


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.



AFN Report-a istinadla xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu