Paşinyan: Ermənistan başqalarının planlarını həyata keçirmək üçün tramplin deyil
Biz dövlətçiliyimizin funksionallığına yenidən baxmaq zərurəti ilə üzləşmişik.
AFN.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentin iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan xaricdə işlənib hazırlanmış və həyata keçirilən planların həyata keçirilməsi üçün tramplin və ya plasdarm deyil.
"Ermənistanın milli marağı məhz iqtisadi inkişafdır və bütün konsepsiyalar yalnız bu kontekstdə qiymətləndirilməlidir", - deyə Paşinyan əlavə edib.