Xırdalanda partlayış zamanı xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB


Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında partlayış zamanı xəsarət alaraq tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.


Bu barədə AFN.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

***

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində partlayış ilkin ehtimala görə qaz sızmasından baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.

“Hadisə nəticəsində 4 xəsarət alıb və həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər”, - o əlavə edib.



***

Xırdalanda yaşayış binasında partlayış olub.


APA xəbər verir ki, hadisə AAF Park Yaşayış kompleksində olub. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub. Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu