18 yaşlı ana doğuşdan 19 gün sonra ölüb


Tovuzda ana doğuşdan 19 gün sonra ölüb.



AFN APA-ya istinadla xəbər verir ki, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan verilən məlumata görə doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb. Bakıda bir neçə gün qaldıqdan sonra qadın vəziyyəti yaxşılaşdığı üçün yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana Tovuz rayon ağır vəziyyətdə Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu