Ucarda ana doğuşdan sonra öldü
Ucarda ana doğuşdan sonra dünyasını dəyişib.
Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva bu gün saat 13 radələrində doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Körpə əməliyyat olunaraq götürülüb. Lakin iki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Qadın saat 22:00 radələrində xəstəxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla baglı araşdırma aparılır.