TƏBİB-in xəstəxanalarında ödənişli olan xidmətlərin siyahısı açıqlandı


Prezidentin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.


Bu barədə AFN.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib. Tibbi xidmətlərlə bağlı vahid tarif siyahıları ödənişli əsaslarla göstərilən tibbi xidmətlər üzrə hesabatlılığı və şəffaflığı təmin edəcək.

Siyahı ilə buradan tanış olmaq mümkündür. Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən bütün ölkə vətəndaşları ödənişsiz şəkildə istifadə edə bilərlər.

Bunun üçün vətəndaşların TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu