İcbari tibbi sığortaya daxil olan xidmətlərin qiyməti dəyişə bilərmi? -


Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlı çıxış edib. Deputat çıxışında bu qiymətlərə yenidən baxılmasını təklif edib.


Oxu.Az xəbər verir ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.

Bu xidmətlərin qiymətlərində hər hansı dəyişiklik gözlənilirmi? Bəs bura yeni xidmətlərin əlavə edilməsi necə, gözlənilir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) sorğu ünvanladıq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Xidmətlər Zərfinə daha 700 tibbi xidmətin də əlavə olunması və bəzi tibbi xidmətlərin tariflərinin dəyişməsi təklif olunub.
Buraya orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatla yanaşı, bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması daxildir.

Xidmətlər Zərfinin yaxın zamanda təsdiqlənməsi nəzərdə tutulub. Xidmətlər Zərfi təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu