O qətnamənin Ermənistana xeyri olmayacaq - RƏY


Nensi Pelosinin Ermənistana səfəri əvvəlcədən planlaşdırılmışdı. Bu səfər eyni zamanda regionda Rusiya-ABŞ toqquşmasına da xidmət edir. Çünki ABŞ çalışır ki,Rusiyanı Azərbaycan-Ermənistan münaqişəsində ikinci cəbhəyə daxil etsin.


Bunu AFN.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, görünən də odur ki, ABŞ Ermənistana dəstək verməklə bölgədə yeni geosiyasi mövqelər yaratmağa çalışır: "İndi hazırlanması üzrə işlər gedən qətnamə konqresdə qəbul olunsa belə, bunun Ermənistana çox böyük xeyri olmayacaq. Çünki həm Avropa İttifaqı, həm də digər güclər regionda reallığı qəbul ediblər. Baş verənlər Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxartmayacaq. Azərbaycana qarşı qara kampaniyalar ilk dəfə deyil ki, həyata keçirilir. Elə ABŞ-ın özü ölkəmizin maraqlarına zidd olan fikirlərini dəfələrlə bildirib. Bunların heç bir effekti yoxdur. Beynəlxalq hüquq bizim tərəfimizdədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu