Laçına gedən yol Xankəndidə yaşayan ermənilərin gözü ilə... - VİDEO


Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, Xankəndidə yaşayan David Simonyan "Kafkazskiy Uzel" saytında Azərbaycanın Laçın dəhlizinə alternativ olaraq tikdiyi yolla bağlı video paylaşıb.


Videoda yolda aparılan intensiv tikinti işləri aydın görünür.

Videonun müəllifi yolun keçdiyi kənd sakinləri ilə də danışıb. David Simonyan tikinti keçən ərazidən də keçib. Aydın görünür ki, azərbaycanlı işçilər yoldan keçmək istəyənlər üçün şərait yaradıb.

Təbii ki, yolun tikintisi onlar üçün ürəkaçan deyil. Lakin çox yaxşı bildikləri bir şey var: Ya bununla barışacaqlar, ya da bununla barışacaqlar. (İTV)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu