Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb - VİDEO


Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb.



AFN "apa"ya istinadən xəbər verir ki, tikinti ilə eyni vaxtda üç podratçı məşğul olur. Artıq 6 gündür ki, torpaq işləri aparılır.

Avqustun 25-dən sonra Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək.

Yeni yolun ümumi uzunluğu 11,8 km olacaq. Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu