USQ Rusiya kolonnasını məhv etdi - polkovnik öldürüldü + VİDEO


Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələri işğalçı alayının komandiri, rusiyalı polkovnik Zaxarovu məhv edib.


Pravda.com.ua xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

"Kiyev vilayətinin Brovarski rayonunda döyüş əməliyyatları zamanı Mərkəzi Hərbi Dairənin 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) balon-taktiki qrupu (BTQr) şəxsi heyət və texnikada xeyli itki verib. O cümlədən, alayın komandiri polkovnik A.Zaxarov məhv edilib”.

Bildirilir ki, BTQr-nin 6-cı tank alayının xeyli itki verməsi nəticəsində 90-cı tank diviziyasının 239-cu tank alayının BTQr-si ilə birlikdə geri çəkilərək müdafiə olanmağa məcbur qalıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu