Nuridə Allahyarova yeni vəzifəyə təyin olundu


Nuridə Allahyarova yeni vəzifəyə təyin olunub.


AFN.az xəbər verir ki, bu barədə Nuridə Allahyarova özü məlumat yayıb.

"Bu gündən Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri qismində fəaliyyətimə başladım. Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm. Azərbaycanın hər daşına və hər vətəndaşına xidmət etməkdən qürur duyuram".

Qeyd edək ki, Nuridə Allahyarova indiyədək Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, "Space" və Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu