Neft Fondu Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozit barədə açıqlama verdi


ARDNF Türkiyə Respublikasının Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat yayıb.


Fonddan AFN.az-a verilən məlumatda bildirilir ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu