"Füzuli hava limanı Qarabağın möhürüdür"


Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Açılışda qardaş ölkənin media nümayəndələri də iştirak edib.


İştirakçılar arasında olan Anadolu Yayıncılar Dərnəyinin başçısı Sinan Burhan təəssüratlarını Moderator.az- a bölüşüb:

“Füzuli hava limanının açılışı Türkiyədən gələn bütün media nümayəndələrini çox məmnun etdi. Füzuli demək Qarabağ deməkdir. Azərbaycanın müstəqilliyi deməkdir, uzun illər əsarətdə, düşmən tapdağında qalan torpaqların böyük zəfərlə müstəqilliyinə qovuşması türk xalqını çox xoşbəxt etdi. Bizim 30 illik acılarımız vardı, qardaşlarımızın Qarabağda qətliamı bizləri çox məyus etmişdi. Azərbaycanın torpaqlarının işğal altında olması bizləri də narahat edirdi. 30 ildən sonra "dəmir yumruq" altında Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqı böyük bir zəfər tarixini yazdı. Bu qələbə XXI yüzilin ən böyük zəfəridir. Bu zəfər heç də asan əldə edilmədi. Azərbaycanın mərd oğulları, 3 mindən çox övladı şəhid oldu.

Biz bu gün Qarabağda, Füzuli hava limanındayıqsa, buna görə Ali Baş Komandana və şəhidlərə təşəkkür edirik. Füzuli hava limanı Qarabağın möhürüdür. Bu torpaqlar yenidən dirçələcək. Bu hava limanı müstəqilliyə açılan hava limanı olacaq. Bu hava limanı Qarabağın sahibinə geri dönməsinin bir nişanəsidir. Bu hava limanı barışa, zəfərə açılan bir yoldur”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu