Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub - YENİLƏNİB+VİDEO
Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
Açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.
Dövlət başçıları hava limanının rəsmi açılışını bildirən rəmzi qırmızı lenti kəsiblər.
****
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Zəngilan Beynəlxalq Hava Limanında R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
****
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib.
Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib.
Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.