Altı şadlıq sarayının sahibi cərimələndi


Lənkəranda 6 şadlıq sarayının sahibi cərimələnib.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AFN-ə verilən məlumata görə, rayon ərazisində təşkil olunan 6 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Amin”, “Ulum, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən olunub.

Həmin şadlıq saraylarının sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu