ABŞ vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırdı
ABŞ-ın Kabildəki Səfirliyi Əfqanıstandakı vətəndaşlarına təhlükəsizlik riski səbəbindən ölkədən dərhal ayrılmaları ilə bağlı çağırış edib.
Xəbərdarlıq mətni səfirliyin saytında yerləşdirilib.
“Münasib ticari uçuşlardan istifadə edərək, dərhal ölkəni tərk edin”, - müraciətdə deyilir.
Qeyd olunub ki, bilet ala bilməyənlər səfirliklə əlaqə saxlaya bilərlər.
O da əlavə edilib ki, təhlükəsizlik vəziyyəti və personal azlığı səbəbindən səfirliyin vətəndaşlara kömək etmək imkanı olduqca məhduddur.