Xankəndidə su yoxdur, avtoyuma məntəqələri bağlandı
Artıq bir neçə gündür ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndi (Stepanakert) şəhərində içməli su qıtlığı yaşanır.
Bu barədə erməni KİV-ləri məlumat yayır.
Xankəndinin bir sıra yaşayış məntəqələrində içməli su yoxdur. Artıq şəhərin “meriyası” ərazidə fəaliyyət göstərən avtoyuma məntəqələrinə və istirahət zonalarına suyun verilməsini dayandırıb.