Xankəndi niyə susuz qaldı?


Ötən gün separatçı qüvvələrin informasiya mənbələri Xankəndi şəhərində, (Stepanakert) Rusiya sülhməramlılarının nəzarət zonasında su qıtlığı barədə xəbər yaymışdı. Erməni KİV-lərinin əksəriyyəti bu humanitar problemə görə günahı Azərbaycan hərbçilərinin boynuna atmağa cəhd edirdilər. Lakin dünən Azərbaycan hökuməti tərəfindən həmin ərazilərdə yeni böyük su təchizatı layihəsinin maliyyələşdirilməsi barədə ətraflı məlumat vermişdi.


Nəhayət, erməni hakim qüvvələri bu humanitar fəlakətin yaranmasına aydınlıq gətiriblər. “Su təchizatı ilə bağlı problemlər isti hava şəraiti ilə bağlıdır”, - separatçıların nümayəndəsi Radik Abramyan qeyd edib.

Abramyan Azərbaycan hərbçilərinin bu problemlə əlaqəli olduğu barədə yayılan şaiyələri təkzib edib və vurğulayıb ki, su bəndi neytral zonada yerləşir.

Problem yalnız orada aparılan işlərlə bağlı yarana bilər, bu işlər də orada sülhməramlıların vasitəçiliyi ilə aparılır.

Erməni məmurların sözlərinə görə, vəziyyət ona görə gərginləşib ki, Xankəndidə bütün Qarabağ erməniləri cəmləşib və suyun sərfi əhəmiyyətli dərəcədə artıb.

Mənbə: virtualaz.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu