Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək


Bakcell abunəçiləri 1 iyul 2021-ci il tarixindən başlayaraq "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqını ödəməyəcəklər.


Şirkətdən AFN-ə verilən məlumata görə, bu imkandan 20 iyun 2020-ci il tarixindən xidmətə qoşulan vətəndaşlarla yanaşı, qeyd olunan xidməti 1 iyul 2021-ci il tarixindən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqı, 2.50 AZN təşkil edirdi.

Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. "Asan İmza" xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaq.

Bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqəsi ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər.

Qeyd edək ki, “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə edən abunəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq imkanına malikdirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu