ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.


AFN oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST rəhbəri “Twitter” hesabında yazıb.

Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:

“Beş həftədə yoluxma haradasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib, amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq, geri qayıdacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu